Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin kütləvi qırğın planı - Bir hissəsi məxfi olan sənəddə nələr yer alır?

Kütləvi məzarlıqlarla bağlı xüsusi fərmanda nə deyilir? Rusiya nüvə müharibəsinə hazırlaşır?..

Son günlər Rusiyada Vladimir Putinin 2021-ci ilin dekabrında imzaladığı və 2022-ci ilin fevralın 1-dən qüvvəyə minən kütləvi məzarlıqlarla bağlı dövlət standartlarına dair fərmanı geniş müzakirə olunmağa başlayıb.

Belə bir standartın məhz müharibə ərəfəsində, müharibədən 3 həftə əvvəl qüvvəyə minməsi Putinin artıq həmin vaxt kütləvi qırğınlara hazırlaşdığına dair iddiaları artırıb. O zaman bu qərara xüsusi əhəmiyyət verilmirdi, lakin zaman keçdikcə tez-tələsik bu cür “ölüm standartlarının” müəyyən edilməsinin təsadüfi olmadığı üzə çıxıb. Hətta bunun Rusiyanın nüvə müharibəsinə hazırlaşmasının göstəricisi hesab edənlər var.

Rusiya Federasiyasının Milli Standartı – müharibə və sülh dövründə meyitlərin təcili dəfn edilməsi” adlı sənəddə kütləvi məzarlıqların təşkili ilə bağlı ümumi tələblər yer alır. Sənədin bir hissəsi məxfidir və oradakı detalların hamısına giriş yoxdur.

Həmin standartlara görə, “qardaşlıq məzarlığı” kimi də tanınan kütləvi məzarlıqların yeri əvvəlcədən yerli icra orqanları tərəfindən müəyyən edilməlidir. Mülki müdafiə strukturları kütləvi dəfnləri həyata keçirmək üçün müvafiq avadanlıqlarla və təlimatla təmin olunmalıdır. Kütləvi “qardaşlıq məzarlıqları” yaşayış sahəsinin sərhədlərindən ən azı 300 metr məsafədə yerləşdirilməlidir. Məzarlığın eni 40 metrdən az olmalı deyil. Meyitlər üst-üstə dörd cərgə olmaqla basdırılmalı, hər cərgənin arası doldurulmalıdır.

Tabutların (tabutların hazırlanması üçün materialların) və patoloji torbaların ehtiyatları proqnozlaşdırılan geri qaytarıla bilməyən itkilərin 30% -i, kütləvi məzarlıqlar üçün istifadə olunan dezinfeksiyaedici maddələrin ehtiyatları proqnozlaşdırılan itkilərin 40% -i nisbətində yaradılır və sair.

Bir sözlə, kütləvi qırğınlara hazırlıq üçün bütün material bazası və təlimatların yerli orqanlara çatdırılması tələb olunur.

Bu qeyd edilənlər əlbəttə ki, dəhşət filmlərini xatırladır və böyük faciə ssenarilərinə bənzəyir. Lakin nə qədər acınacaqlı olsa da, Putinin başlatdığı müharibə nəticəsində, onun imzaladığı bu standartların yaxın gələcəkdə tətbiq ediləcəyi ehtimalı heç də mümkünsüz görünmür...

C.Məmmədov (AzPolitika.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar